ABŞ-ın əsas düşməni İrandır! – Kamala Harris 

ABŞ-ın vitse-prezidenti və ölkə başçısı postuna demokrat namizəd Kamala Harris Tehranı Vaşinqtonun əsas düşməni hesab edir və İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışır.

turaninsesi.az” xəbər verir ki, Harris bu barədə CBS telekanalına müsahibəsində bildirib.

“Hansı ölkəni ABŞ-ın əsas düşməni hesab edirsiniz” sualına Harris belə cavab verib:

“Mənim ağlıma gələn bir ölkədir: İran. İranın əli amerikalıların qanıan bulaşıb”.

Harrisin sözlərinə görə, ABŞ əmin olmalıdır ki, İranın heç vaxt nüvə gücünə çevrilmək imkanı olmayacaq.

“Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – ABŞ vitse-prezidenti vurğulayıb.

“İranın nüvə silahı yaradacağı təqdirdə hərbi hərəkətə keçib-keçməyəcəyi” sualına Harris belə cavab verib: “Hazırda hipotetik suallar haqqında danışmayacağam”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir