İran uçuşları ləğv etdi: Əməliyyata hazırlıq
İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.
Qərara səbəb İsrailin mümkün hücumuna qarşı əməliyyat hazırlıqlarıdır.
Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də qadağa daha bir gün uzadılmışdı.