HƏMAS komandiri ailə üzvləri ilə birlikdə öldürüldü
HƏMAS hərakatı, komandirlərindən birinin İsrailin İordan çayının qərb sahilinə endirdiyi zərbələr zamanı öldürülüb.
“turaninsesi.az” xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarının liderlərindən biri olan Səid Atallah İsrailin Livanın şimalında Tripolidə fələstinli qaçqın düşərgəsinə hücumu nəticəsində 3 ailə üzvü ilə birlikdə həlak olub.
Digər tərəfdən, hücumla bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib.