“Yaxın Şərqdə hiyləgər planlar işə düşüb” – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə baş verənlərlə bağlı danışıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Ərdoğan Adanada “TEKNOFEST 2024” festivalında çıxışı zamanı deyib.
O bildirib ki, Yaxın Şərqlə hiyləgər planlar işə düşüb.
Ərdoğan qeyd edib ki, rəsmi Ankara bunun fərqindədir: “Baş verən hadisələri anbaan izləyirik”.
Türkiyə prezidenti Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham edib və hazırda beynəlxalq hüququn işləmədiyini söyləyib. Ərdoğan vurğulayıb ki, Türkiyə indiki şəraitdə güclü olmalıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI