Qərb İrəvanı KTMT-dən çıxmağa şirnikləndirir – Bortnikov

0

Qərb ölkələri Ermənistan hakimiyyətini güzəştli silah tədarükü müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışır.

turaninsesi.az” xəbər verir ki, bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, bu, Bakı ilə gələcək münasibətləri məsələlərində İrəvanı Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq.

Bortnikovun fikrincə, NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, blokun Cənubio Qafqazda möhkəmlənməsi regionda sabitliyə töhfə verməyəcək:

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə sövq etməklə, Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin de-yure BMT-nin himayəsi altında və de-fakto NATO bayrağı altında yerləşdirilməsinə nail olmağa çalışır”.

O bildirib ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti aparır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir