İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

0

Oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əvvəlcə komitə sədri Azər Əmiraslanov komitə üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra gündəliyin birinci məsələsini – İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planını müzakirəyə təqdim edən komitə sədri bildirib ki, sənəddə qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, komitənin profilinə aid məsələlərlə bağlı ictimai dinləmələrin, müzakirələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir