Mədəniyyət komitəsinin iclasında

0

Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitə sədrinin müavini Günay Əfəndiyeva deputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Komitə sədrinin müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Əvvəlcə, gündəliyin birinci məsələsi – Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdim olunub. Günay Əfəndiyeva diqqətə çatdırıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.
Sonra gündəlikdəki qanun layihələrini təqdim edən Günay Əfəndiyeva, qanun layihələrinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir