Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyini ziyarət etdi
Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi səfəri çərçivəsində ölkəmizin Belarusdakı səfirliyini ziyarət edib.
“turaninsesi.az” “Belta.by” nəşrinə istinadən xəbər verir.
Səfər zamanı Əli Əsədov diplomatlar qarşısında çıxış edib və qarşıda duran əsas vəzifələrdən, eləcə də ikitərəfli münasibətlərin inkişafı istiqamətlərindən danışıb.
Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Mahir Hacıyev qeyd edib ki, baş nazir görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən bəhs edib.
Onun sözlərinə görə, iki dövlətin liderlərinin sayəsində Azərbaycan və Belarus arasında münasibətlər ən yüksək səviyyədədir.