SEPAH İranda əməliyyata başladı: Ölənlər var 

İranın Sistan və Bəlucistan əyalətində “Ceyş əl-Ədl” silahlı qruplaşması ilə SEPAH və təhlükəsizlik məmurları arasında silahlı qarşıdurma olub. 

turaninsesi.az” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, hökumət məmurlarının keçirdiyi əməliyyat nəticəsində qruplaşmanın bir neçə üzvü öldürülüb, çox sayda silah və sursat ələ keçirilib.

Öldürülənlərin sayı barədə açıqlama verilməyib. 

Qeyd edək ki, son iki gün ərzində Sistan və Bəlucistan əyalətinin iki rayonunda hökumət məmurlarına qarşı hücumlar olub. 

Hücum nəticəsində 4 SEPAH və təhlükəsizlik məmuru həlak olub, bir neçə nəfər yaralanıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir