Kərki kəndi Azərbaycana təhvil verilir? – Paşinyandan açıqlama

0

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.

Bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, “İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir