ABŞ nəşri: İran İsrail və ABŞ-a cavab hazırlayır

İsrail və ya ABŞ-ın zərbə endirəcəyi təqdirdə İran ordusu yüzlərlə raket atmağa hazırlaşıb. 

turaninsesi.az” “The New York Times”a istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) adı açıqlanmayan üzvlərindən biri məlumat yayıb.

Nəşr yazır ki, “İsrail və ya onun əsas müttəfiqi ABŞ-ın cavab addımı atacağı təqdirdə İran ordusu qərb sərhədində yüzlərlə raketə malikdir”. 

ABŞ nəşri “Sepah”ın bəyanatına istinad edir və bəyanatda İsrailin cavab addımı atacağı təqdirdə daha şiddətli hücumun olacağı bildirilir.

Sənəddə deyilir: “Əgər sionist rejim İranın əməliyyatına reaksiya verərsə, daha şiddətli hücumlara məruz qalacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir