“Qarabağ” – “Malmö” oyunu bu ölkədən olan hakimlərə tapşırıldı

0

Avropa Liqasının 2-ci turunun “Qarabağ” (Azərbaycan) – “Malmö” (İsveç) oyununa hakim təyinatları açıqlanıb. 

turaninsesi.az” UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi 39 yaşlı Anastasios Papapetru olacaq. Ona Tryfon Petropoulos və İordanis Aptosoglou və Alexandros Tsakalidis (dördüncü hakim) kömək edəcək. 

Angelos Evangelou VAR hakimi, Athanasios Tzilos isə AVAR hakimi təyin olunub. 

Xatırladaq ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir