BMT və Livan dünya birliyinə çağırış etdi

BMT və Livan beynəlxalq ictimaiyyətdən İsrailin hərəkətləri nəticəsində ölkədə baş verən humanitar böhranın qarşısını almaq üçün 426 milyon dollar ayırmağı xahiş edib.

turaninsesi.az” xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin sözçüsü Yens Lehrken bildirib.

Onun sözlərinə görə, bu vəsait qarşıdakı 3 ay ərzində bu münaqişədən zərər çəkmiş bir milyondan çox insana təcili yardım göstərmək üçün lazımdır.

Lehrke xatırladıb ki, sentyabrın ortalarından bəri Livanda köçkünlərin sayı görünməmiş şəkildə artıb, ən azı min nəfər ölüb, daha 6 min nəfər yaralanıb.

BMT və bir sıra qeyri-hökumət təşkilatlarının zərərçəkənlərə mümkün yardım göstərdiyini, onları ərzaq, içməli su və zəruri mallarla təmin etdiyini və bunun üçün vəsait lazım olduğunu qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir