HƏMAS-ın Livandakı  lideri öldürüldü

Fələstinin HƏMAS qruplaşmasının Livandakı lideri Fateh Şerif Əbu əl-Əmin öldürülüb. 

turaninsesi.az” xəbər verir ki, bu barədə qruplaşmanın özü məlumat yayıb. 

Bildirilir ki, İsrailin Livana endirdiyi zərbə nəticəsində Əbu əl-Əmin və ailə üzvləri həyatını itirib. 

İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb. Zərbələr zamanı təşkilatın digər komandirləri, SEPAH-ın vəzifəli şəxsləri, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin üç lideri də ölüb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir