Ərdoğandan Livana hücumla bağlı açıqlama
İsrailin Qəzza və Ramallahdakı qorxunc siyasətini Livana və regionun digər ölkələrinə yaymaq cəhdlərinə son verilməlidir.
“turaninsesi.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyir, hücumlarda həyatını itirən bütün livanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, – Ərdoğan qeyd edib.