3 nazir Nyu-Yorkda bir araya gəldi
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri birgə iclasda İsrailin Suriyaya hücumlarını pisləyiblər.
“turaninsesi.az” “Mehr”ə istinadla xəbər verir ki, Abbas Əraqçi, Sergey Lavrov və Hakan Fidan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu Zirvə toplantısı çərçivəsində üçtərəfli görüş keçirib.
Bu görüş Suriya üzrə Astana prosesinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Görüş zamanı xarici işlər nazirləri İsrail qüvvələrinin Suriyaya hücumlarını pisləyib və bunu beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıblar.
Bundan əvvəl İsrail ordusu Suriyanın cənubuna endirdiyi zərbə nəticəsində HƏMAS komandirlərindən biri olan Əhməd Məhəmməd Fəhdin öldürüldüyünü açıqlamışdı.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI