ABŞ tarixində ikinci dəfə azotla edam həyata keçirildi 

0

ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib. 

turaninsesi.az“-ın məlumatına görə, bu barədə hökmün icrasını müşahidə edən “Associated Press” agentliyi xəbər yayıb. 

ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, – o deyib. 

Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər. 

Xatırladaq ki, yanvar ayında Alabama ştatında 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yugin Smit azot qazı ilə edam olunub. O zaman BMT və Aİ bu edam üsulunu tənqid edib və demokratların nəzarətində olan Ağ Ev edamdan dərin narahatlığını bildirib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir