İranda daha 3 məhbus dar ağacından asıldı

İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, dünən Lahican və Qəzvin şəhərlərinin zindanlarında üç məhbus dar ağacından asılıb. 

Məlumata görə, məhbuslardan ikisi “narkotik qaçaqmalçılığı”, biri isə “qəsdən adam öldürmək”də günahlandırılıb. 

Qeyd edək ki, bu il İran həbsxanalarında edam olunan məhbusların sayı 450 nəfəri keçib. Ötən il isə 21-i qadın olmaqla ən azı 767 məhbusun edam cəzası icra edilib./ Azad İran  

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir