İran bölgəni savaşa sürükləyir – “Pezeşkian and içib ki…”

Rusiya və Çin Yaxın Şərqdə İranı öz məqsədləri üçün istismar edir.

turaninsesi.az” xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” (YP) qəzeti yazır.

“Bu gün Rusiya və Çinin gündəmi İranın gündəmi ilə üst-üstə düşür. Buna görə də İranın bölgədə sabitliyi pozan roluna baxmayaraq, bir çox ölkələr onunla yaxın əlaqədə maraqlıdırlar. Həmçinin Çin və Rusiya İranın Yaxın Şərqdəki rolundan öz məqsədləri üçün istifadə etməkdən məmnundur. Məsələn, Rusiya Ukraynada müharibə aparır, Çin isə Sakit okeanda gərginliyi artırır. İndi onlar birləşib öz məqsədləri üçün İranı dibinə qədər istismar edirlər”, – məqalədə deyilir. socar vakansiya

Nəşrin fikrincə, ötən ilin oktyabrında HƏMAS terror təşkilatını İsrailə hücuma təhrik edən İran olub:

“HƏMAS-ı 7 oktyabr hücumunu həyata keçirməyə sövq edən və bölgəni uzun illər ərzində müharibələrə sürükləyən ölkə İrandır. Fakt budur ki, Yaxın Şərq ətrafında müharibələr yaradan İran rejimidir”.

YP qeyd edir ki, buna baxmayaraq, BMT Baş Assembleyasının sessiyası üçün ABŞ-a gedən İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi bir sıra ölkələrdən olan həmkarları tərəfindən qəbul edilib.

“Pezeşkian and içib ki, İran İsraillə gərginliyi azaltmaqda maraqlı deyil. Əraqçi də söyləyib ki, sionist rejimlə (İsrail) gərginliyin azaldılmasının zəruriliyi barədə heç bir müzakirə olmayıb”, – nəşr əlavə edir.

YP İranın bölgədə gərginliyi artıran bu yanaşmasının da Rusiya və Çinlə yanaşı, bəzi digər ölkələrin də işlərinə yaradığını vurğulayır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir