Tramp Zelenski ilə görüşməkdən imtina etdi
ABŞ-nin sabiq prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Bildirilir ki, Trampın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edən Zelenski ilə görüşmək planı yoxdur.
Respublikaçıların seçki qərargahının nümayəndəsinin agentliyə verdiyi məlumata görə, Tramp və Zelenski arasında görüş planlaşdırılmayıb. Bundan əvvəl Ukrayna rəsmiləri belə bir görüşün ölkə prezidentinin cədvəlində olduğunu bildiriblər. “Reuters” yazıb ki, ABŞ-ın keçmiş prezidentinə yaxın mənbənin sözlərinə görə, hər iki tərəf görüşmək arzusunu ifadə edib, lakin heç vaxt konkret tarix təyin olunmayıb.