Ceyhun Bayramov Avropa Şurasının Baş katibinə Azərbaycanın narahatlığını çatdırdı

0

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ceyhun Bayramov AŞ-nin fəaliyyəti çərçivəsində bir çox məsələlərdə Azərbaycanın mövqeyinə diqqət çəkib. 

Bundan başqa, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli münasibətdən narahatlıq ifadə olunub ki, bu da bütövlükdə Avropa Şurasının imicinə və nüfuzuna böyük xələl gətirir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir