Dövlət Departamenti: “Rusiyadan danışıqlara hazır olduğuna dair aydın siqnallar gözləyirik”
ABŞ Rusiyadan Ukraynada sülhün bərqərar olması üçün ciddi danışıqlara hazır olduğuna dair aydın siqnallar gözləyir.
“Turanın səsi” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
“Biz Ukrayna tərəfinin danışıqlara hazır olduğunu görürük. Eyni zamanda, Rusiya rəhbərliyinin Ukraynada sülhə dair epizodik bəyanatlarını əməlləri ilə dəstəkləyəcəyini gözləyirik”, – Dövlət Departamentinin rəmisi vurğulayıb.