Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Həsən Əmirov saxlanılıb. Onun idarəsində olan avtomobilə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayon sakini Elnur Gülmalıyev olduğu müəyyən edilib. E.Gülmalıyev oğurladığı iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxslərə 5400 manat miqdarında ziyan vurub.
Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.