İranda 50-dən çox mədənçi öldü, regional matəm elan edildi
İranda kömür mədənindəki partlayışdan sonra üç günlük matəm elan edilib.
“turaninsesi.az” Mehr-ə istinadən xəbər verir ki, Təbəs kömür mədənində baş verən qəzada çox sayda işçinin ölməsi və yaralanmasına baxmayaraq, ümummilli deyil, yalnız Cənubi Xorasan əyalətində üç günlük matəm elan edilib.
Bildirilib ki, Təbəs kömür mədənində partlayış metan qazının sızması nəticəsində meydana gəlib.
Qeyd edək ki, son məlumatlara əsasən, qəzada 50-də çox mədənçi ölüb, 20-yə yaxını isə yaralanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI