İstanbul derbisində “Qalatasaray” “Fənərbağça”nı səfərdə məğlub etdi
Türkiyə Superliqasında 6-cı turun mərkəzi matçı baş tutub.
“turaninsesi.az” xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib.
Oyun qonaqların üstünlüyü şəraitində keçib və bu yekun nəticədə öz əksini tapıb. “Cim-bom”un 3 qoluna “sarı-lacivərdlilər” yalnız penaltidən vurduqları qol ilə cavab verə biliblər – 1:3.
Beləliklə son çempion “Qalatasaray” 18 xalla turnir cədvəlindəki ilderliyini möhkəmləndirərək ikinci pillədəki “Fənərbağça” ilə xal fərqini 5-ə çatdırıb (18-13).