MSK sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsində çıxış etdi
Milli Məclisə seçki 125 dairə və 6 min 478 məntəqə üzrə keçirilib. Seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
“turaninsesi.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Parlament seçkisi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.
O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib:
“Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər”.
M.Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
“Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar 119 dairə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI