Parlament seçkisinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.
“turainsesi.az“-ın xəbərinə görə, bunu parlament seçkisi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Qeyd edilib ki, MSK seçkinin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI