Paşinyan ABŞ rəsmisi ilə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Ermənistan – ABŞ münasibətlərinin “dinamik xarakterini” vurğulayıb və ABŞ administrasiyasının Ermənistanda institusional islahatların həyata keçirilməsinə dəstəyinin əhəmiyyətini qeyd edib. O həmçinin ABŞ-nin dəstəyi ilə öz ölkəsində, o cümlədən infrastrukturun yaxşılaşdırılması üzrə məqsəd proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Həmsöhbətlər cari ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan – Aİ – ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmalara və onların həyata keçirilməsi prosesinə toxunublar.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib. Bu kontekstdə Baş nazir Paşinyan erməni tərəfinin mövqeyinə toxunub və Ermənistanın “sülh gündəliyinə və regionda sabitliyin bərqərar olmasına sadiq olduğunu” diqqət çəkib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir