İbrahim Rəisinin ölüm səbəbinə dair yeni şübhələr: “Ola bilər ki…”
“Ola bilərmi ki, Rəisinin göyərtəsində olduğu helikopterin pilotunda olan “iPad” kiber qumbaraya çevrilsin?”
“turaninsesi.az” xəbər verir ki, bunu mərhum İran prezidenti İbrahim Rəisi hökumətində Proqram və Büdcə Təşkilatı İdarəsinin makroiqtisadi məsələlər üzrə bölməsinin rəhbəri Həmidreza Məqsudi bildirib.
Livanda baş verən peycer partlayışlarından sonra mayın 19-da baş vermiş helikopter qəzası yenidən müzakirə olunur. İki ayrı-ayrı hadisə arasında paralellər cızan şəxslər yeni ehtimallar irəli sürürlər.
Öz gümmanlarını bölüşən Həmidreza Məqsudi bildirib: “Ola bilərmi ki, Rəisinin Rəisinin göyərtəsində olduğu helikopterin pilotunda olan “iPad” kiber qumbaraya çevrilsin? Yoxsa menecerlərdən birinin cib telefonu, məsələn, “iPhone”?”