Bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarıldı
290 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyəçi- müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə 290 nömrəli körpələr evi – uşaq bağçasından məlumat yayılıb.
Qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bakı şəhəri, Yasamal rayonundakı 290 saylı bağçasında müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı müşahidə kamerası görüntüləri yayılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI