Aİ Ukraynanı Rusiya aktivləri ilə maliyyələşşdirəcək
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit ayıracaq.
“turaninsesi.az” “Financial Times”a istinadla xəbər verir ki, Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro (39 milyard dollar) kredit ayırmağı planlaşdırır.
Bildirilib ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfəri zamanı məlumat verib.