Hakerlər Trampdan oğurlanan məlumatları Baydenə ötürüb – FTB

0

İranlı hakerlər Donald Trampın seçki qərargahından məlumatları oğurlayaraq Co Baydenin seçki qərargahına göndəriblər.

turaninsesi.az” BBC-yə istinadla xəbər verir ki, bu barədə FTB və ABŞ kəşfiyyat xidmətləri məlumat yayıb.

Bütün bunlar bu ilin iyun və iyul aylarında, Bayden öz namizədliyini geri götürməzdən və onun yerinə Kamala Harris gəlməzdən əvvəl baş verib.

Bəyanatda qeyd olunub ki, iyun ayından başlayaraq iranlılar Tramp kampaniyasından oğurlanmış məlumatları Amerika mətbuatına göndəriblər.

ABŞ rəsmiləri hələ avqust ayında bildirmişdilər ki, İran noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində ABŞ-da ixtilafı artırmağa və vətəndaşların dövlət qurumlarına inamını sarsıtmağa çalışır. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir