Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşdü
Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov sentyabrın 18-də Moskvada Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə “Xəzər beşliyi” formatında əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə edilib.
Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da görüşdə iştirak edib.