Pezeşkianın kürəkəni Prezident Aparatında vəzifə aldı

0

Son günlər adı tez-tez hallanan Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi ilə bağlı daha bir iddia ortaya çıxıb.

turaninsesi.az” xəbər verir ki, Məcidi Prezident Aparatının rəhbəri Möhsün Hacımirzayinin icraçı köməkçisi təyin edilib.

Bu barədə “Bamdade nou” “Telegram” kanalı məlumat yayıb.

Bundan əvvəl Həsən Məcidinin adı İran prezidentini İraq Kürdüstanına səfərində müşayiət etməsi ilə gündəmə gəlmişdi.

Həsən Məcidi Zəhra Pezeşkianın əridir, onun özəl şirkətdə baş maliyyə eksperti işlədiyi söylənilir.

Məsud Pezeşkian ilk mətbuat mətbuat konfransında Prezident Aparatında ümumən 4 min nəfərin işlədiyini bildirmişdi: “Onlardan yalnız 400-nün əməyindən faydalanırıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir