AFFA üç klubu cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“turaninsesi.az” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.