Fransa XİN naziri Ermənistanı Rusiyadan qoruyacağına söz verdi
Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistanı “Rusiyanın təzyiqindən” qoruyacağına söz verib.
“turaninsesi.az” xəbər verir ki, fransalı nazir bu vədi sentyabrın 16-da səhər İrəvanda demokratik Avropa dəyərlərinin qorunması kontekstində keçirdiyi mətbuat konfransında səsləndirib.
Ermənistan və Fransanın ortaq dəyərlərini qeyd edən Sejurne “təzyiq göstərməyə çalışan Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq”, Ermənistan xalqına və hökumətinə dəstəyini ifadə edib.