“Qalatasaray” rəqibini darmadağın etdi
Türkiyə Super Liqasında dördüncü turun görüşləri davam edir.
“turaninsesi.az” xəbər verir ki, son çempion “Qalatasaray” bu dəfə doğma meydanda “Rizespor”u qəbul edib.
Meydan sahibləri qonaqları darmadağın ediblər. Sançez, Bardakçı, Sara, Mertens və Yılmazın qolları “cim-bom”a böyükhesablı qələbə qazandırıb – 5:0.
Hazırda “Qalatasaray” 12 xalla Super Liqaya liderlik edir.