“Qalatasaray”da 2 transfer birdən
Transfer müddətinin son günündə “Qalatasaray” daha 2 tranfer reallaşdırıb. İstanbul təmsilçisi Rolland Salai və Ruben Varqasla razılığa gəlib.
“turaninsesi.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Kərəm Aktürkoğlu və Zahanın klubdan ayrılmasından sonra cinah mövqeyində əskiklik yaşayan “Qalatasaray” yeni transferləri ilə oyunçu ehtiyacını qarşılayıb. Hər iki futbolçunun növbəti həftəyədək komandaya qatılması gözlənilir.
Qeyd edək ki, 27 yaşlı Rolland Salai “Freyburq”dan, 1998-ci il təvvəlüdlü Ruben Varqas isə “Ausburq”dan transfer edilib. “Qalatasaray” 2 futbolçuya 16 milyon avro pul xərcləyib.