Peskov: Krım mövzusunda Türkiyə ilə fikir ayrılığı var

Krım mövzusu Rusiya Federasiyası ilə Türkiyə arasında fikir ayrılığı sahəsidir, lakin Rusiya ümid edir ki, Ankara gec-tez Moskvanın arqumentləri ilə razılaşacaq.

turaninsesi.az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rəcəb Tayyib Ərdoğanın Krımın Rusiya Federasiyasına aid olmadığı ilə bağlı açıqlamasına münasibət bildirİb:

“Rusiya və Türkiyə tərəfdaşlıq münasibətlərini” inkişaf etdirməyə davam edir. Türkiyənin ABŞ-ın bu təzyiqini yumşaltmaq cəhdlərinə gəlincə, əslində, ABŞ Türkiyə Respublikasına açıq təzyiq göstərir, hədə-qorxu gəlir və Türkiyə iqtisadiyyatını sarsıtmağa çalışır. Ancaq Türkiyə Respublikası, bizə göründüyü kimi, bizimlə ticarət, iqtisadi və digər əməkdaşlığı inkişaf etdirmək də daxil olmaqla, yalnız öz maraqlarını rəhbər tutmağa davam edir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir