Rusiyanın 50 milyon dollarlıq qırıcısı vuruldu – SON DƏQİQƏ
Ukrayna ordusu Qara dəniz üzərində Rusiyaya məxsus Su-30SM döyüş təyyarəsini vurub.
“turaninsesi.az“-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Açıqlamada qırıcının portativ (daşına bilən) hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi və qısa müddət sonra axtarış-xilasetmə əməliyyatına başlandığı bildirilib. vakansiya
Rusiya hərbi dairələrinə yaxın olan “Fighterbomber” teleqram kanalı hadisə bağlı məlumatı təsdiq edib.
Rusiya Müdafiə Nazirliyi vurulan Su-30SM ilə bağlı şərh verməyib. Qeyd edək ki, sözügedən qırıcının qiyməti 50 milyon dollara yaxındır.