Bir ilə yaxındır oynamayan Neymardan xəbər var 

Bir ilə yaxındır meydanda olmayan “Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunun Asiya Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilib. 

 turaninsesi.az”  “Al-Riyadiya”ya istinadən xəbər verir ki, 32 yaşlı forvard “Əl-Hilal”ın 2024/25 mövsümündə AFC Çempionlar Liqasında iştirak edəcək 31 futbolçudan ibarət siyahısında yer alıb. 

Neymar 2023-cü ilin oktyabr ayının sonundan bəri zədə səbəbindən matçlarda iştirak etmir. Son məlumata görə, onun meydana qayıtması noyabrda gözlənilir. 

Asiya Çempionlar Liqasının yeni mövsümündə “Əl-Hilal” Asiyanın Qərb regionunu təmsil edən daha 11 komanda ilə qarşılaşacaq. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir