Bu şəxslərə birdəfəlik 300 manat veriləcək – ŞAD XƏBƏR
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək. Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.