Lavrov: Yaxın Şərq böyük müharibənin astanasındadır

Yaxın Şərq böyük müharibənin astanasındadır və Rusiya o cümlədən körfəz ölkələri ilə birgə bunun qarşısını almaq üçün hər şeyi edir.

turaninsesi.az” xəbər verir ki, bunui Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İsrail və İran arasında qarşıdurma yeni, təhlükəli səviyyəyə çatıb”, – deyə Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclasında bildirib.

O qeyd edib ki, dünya birliyinin Qəzza zolağında döyüşləri dayandıra bilməməsi və bölgə sakinlərinin kütləvi ölümünü dayandıra bilməməsi bütün regionda siyasi vəziyyətin kəskin pisləşməsinə səbəb olub.

Lavrov vurğulayıb ki, Rusiya bütün tərəflərlə vəziyyəti normallaşdırmağa çalışır, həm BMT-də, həm də Əməkdaşlıq Şurasının dostları ilə digər yerlərdə hərəkətləri yaxından əlaqələndirir.

Rusiyalı nazirin sözlərinə görə, Fələstinə dair vəziyyət fəlakətli həddə çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir