“İnternet provayderləri əhalini aldadır…” – AÇIQLAMA
Artıq bir müddətdir ki, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network-Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Yeni tariflər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Belə ki, sosial şəbəkələrdə bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alıb. Moderator.az-a daxil olan şikayətlərin əksəriyəti də bu və internetin sürətinin artmaması ilə bağlıdır. Şikayətçilər iddia edirlər ki, internetlə bağlı tariflər artsa da sürət dəyişməz qalır.
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu problemlə bağlı istehlakçılar ona da müraciət edib.