İran rəsmisindən Zəngəzur dəhlizinin əleyhinə sərt açıqlama
İranın xarici işlər naziri Abbas Arakçı ölkənin bölgədə sərhədlərin dəyişməsi ilə qəti şəkildə razılaşmadığını bildirib, İran KİV məlumat yayıb.
“Regional sülh, təhlükəsizlik və sabitlik, sadəcə, bir üstünlük deyil, bizim milli təhlükəsizliyimizin təməlidir”, – Arakşı X hesabında yazıb.
“Qonşularımızın ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən gələn istənilən təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir”, – o deyib, ancaq söhbətin hansı və kimə qarşı təhlükədən getdiyini açıqlamayıb.
Nazir bir neçə gündür ki, İran KİV-in “ermənilərin nəzarət- buraxılış məntəqələri olmadan” Azərbaycanı Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin “mənfi” nəticələri haqda danışmasından və Rusiyaya bu mübahisəli ideyanı dəstəkləməkdən imtina etməyi məsləhət görməsindən” sonra çıxış edib, Tasnim agentliyi bildirib.
Rəsmi Tehran öz manerasındadır – onu narahat edən məsələləri qeyri-müəyyən və qəti şəkildə tənqid edir. Həm də uzun zaman ərzində ilk dəfə olaraq Tehran Zəngəzur dəhlizi ideyasını dəstəkləyən, lakin öz nəzarəti altında olmasını istəyən Rusiyanı qınamağa başlayıb.
Rəsmi Yerevan Zəngəzur dəhlizinə nəzarətin hansısa beynəlxalq şirkətə verilməsini mümkün hesab etdiyini bildirdikdən sonra Tehrandan tənqid səslənməyə başlayıb.
Moskva buna qarşı çıxaraq bildirib ki, 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yola nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidirlər. Moskva da regionda beynəlxalq qüvvələrin olmasının əleyhinədir.
Görünür ki, Tehran mollaları başa düşə bilmirlər ki, Moskva Zəngəzura əcnəbilərin gəlməsinə qarşıdır, nəqliyyat kommunikasiyasına yox.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI