ABŞ Hərbi Kəşfiyyatının rəsmisi Bakıya gəldi
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, – diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI