Ağ Ev Ukrayna üçün əlavə vəsaitdən istifadə etmək istəyir
ABŞ administrasiyası Ukraynaya əvvəllər ayrılmış 6 milyard dollarlıq yardımdan istifadə etmək üçün Konqresdən icazə istəyir.
“turaninsesi.az” “Reuters”ə istinadla xəbər verir ki, administrasiya Pentaqonun anbarlarından Ukraynaya silah ötürmək üçün bu vəsaitdən faydalanmağa meyillidir.
Bu vəsaitlər sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonuna qədər istifadə edilməlidir, bundan sonra istifadə edilə bilməz.