“Hizbullah” İsrailə aid briqadaya hücum etdi
“Hizbullah” döyüşçüləri İsrail ordusunun 300-cü ərazi briqadasının qərargahına və səhra düşərgəsinə zərbələr endirmək üçün kamikadze dronlardan istifadə edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Ətraflı Ads by 4 Reklamınızı SmartBee ilə effektiv edin. “Cümə axşamı günü İslam müqavimətinə aid pilotsuz təyyarələr Qərbi Qalileyanın Yaara qəsəbəsinin cənubunda yerləşən 300-cü Ərazi Briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib. Nəticədə düşmən qoşunları canlı qüvvə və texnika itkisinə məruz qalıb”, – deyə bəyanatda deyilir.
Bəyanatda həmçinin hücumun İsrail hərbi hava qüvvələrinin, “Hizbullah” döyüşçülərindən birinin öldürüldüyü, bir neçəsinin isə yaralandığı Kafra kəndini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir.