Afrika BMT TŞ-də təmsil olunmalıdır – Quterriş
Afrika BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmalıdır.
“turaninsesi.az” xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
O vurğulayıb ki, qitənin məruz qaldığı “tarixi ədalətsizlikləri” düzəltməyin vaxtı çatıb. Eyni zamanda, region ölkələri borcdan əziyyət çəkir və borc yükünü yüngülləşdirmək yollarına çıxış imkanları, onların davamlı inkişaf və maliyyələşdirmə üçün resursları yoxdur.
Hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya Federasiyası, ABŞ, Çin, Böyük Britaniya və Fransadır.