Paris-2024: Lamiyə Vəliyeva qızıl medal qazandı – Yeni dünya rekorduna imza atdı
Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.
“turaninsesi.az” xəbər verir ki, bu uğura Lamiyə Vəliyeva imza atıb.
İdmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11,76 saniyəyə birinci çataraq bütün rəqiblərini qabaqlayıb.